Mebel təmiri / Mebel ustası
Mebellər evlərin, ofislərin, iaşə obyektlərinin, məktəb və baxçaların interyerini təşkil edən əsas amillərdən biridir. Müxtəlif materialların mövcudluğuna baxmayaraq ağac mebellərin hələ də üstün olduğu və əksər alıcılar tərəfindən seçildiyi danılmazdır. Bunun da ən böyük səbəbi təmirinin və bərpasının digər materiallara nisbətən asan başa gəlməsidir. Bu bloqumda mebellərin təmiri haqqında danışacam. Biz mebellərimizə qarşı daim diqqətli davranmalıyıq sudan, oddan və cızıqdan ehtiyyat etməliyik. Amma təəssüf ki, işlər hər zaman istədiyimiz kimi getmir və mebelimiz zədələnir. Bu zaman bizim təmirə ehtiyacımız olur çünki biz hər il evimizə yeni mebellər almırıq. Bu zaman biz müxtəlif mebel ustalarına müraciət etmək məcburiyyətində qalırıq və ya özümüz təmir etməli oluruq. Mebel təmiri və bərpası çətin və məsuliyyət tələb edən bir işdir. Təmir və bərpa layihəsini həyata keçirmək üçün peşəkar mebel ustaları müxtəlif alət və təchizatlardan istifadə edirlər. Həmçinin mebel təmiri zamanı müxtəlif furniturladan da istifadə olunur. Mebel materialının ümumi keyfiyyəti və vəziyyəti mebel təmirində vacib və diqqətə alınmalı olan amildir. Mebelin təmiri zamanı iki növ materialdan istifadə olunur. Hansı ki, bunlar yumşaq və sərt materiallardır. Yumşaq materiallar sərt materiallardan daha az davamlıdır demək deyil. Peşəkar mebel ustaları da əsasən yumşaq materiallara üstünlük verirlər. Onlar elastik olur və onlarla işləmək daha asandır. Əsasən yumşaq materiallar iynəyarpaqlı ağaclardan hazırlanır. Xüsusi olaraq mətbəx mebelləri üçün OYP (Oduncaq Yonqarlı Plitələr), OLP (Oduncaq Lifli Plitələr) və fanerlərdən istifadə olunur. Bu materiallar öz xüsusi möhkəmliyi ilə seçilir. Həmçinin bu materiallar əyilmir və kəsici alətlərlə yaxşı emal olunur. Bunlar süni ağac materiallarıdır. Dünyanın hər yerində süni oduncaq materiallarının istehsal olunması onları son 40 ilin ən çox istifadə edilən materialı etmişdir. Mebel təmiri zamanı mebelin orijinal görüntüsü hər zaman qorunur. Bəzən isə mebelinizin baxımsızlıq səbəbindən təmirə ehtiyacı olur. Bu zaman mebeliniz original parlaqlığını və cəlbediciliyini itirə bilər. Original görüntüsünü bərpa etmək üçün təmirə ehtiyac ola bilər. Peşəkar mebel ustaları sadə bir cilalama ilə mebelinizin orijinal gözəlliyini bərpa edirlər.
Bakıda ən sərfəli və zəmanətli Mebel temiri xidməti yalnız bizdədir!
Sizin də peşəkar ustalar tərəfindən Mebel temiri xidmətinə ehtiyacınız varsa, +994503319081 nömrəsi ilə əlaqə saxlayın.
Teqlər: