Soyuducu təmiri
Soyuducu, həyatımızın bir parçasına çevrilmiş böyük məişət texnikalarından biridir. Alacağımız soyuducuda axtardığımız xüsusiyyətlər, səmərəli və uzun müddət işləməsi, az elektrik enerjisi sərf etməsi, məhsulları yüksək keyfiyyətdə saxlaması, çox funkasiyalı və interyerə uyğun olmasıdır. Soyuducu alarkən dizaynın gözəlliyinə nə qədər önəm veririksə, keyfiyyətinə, zəmanətinə də bir o qədər önəm verməliyik. Soyuducular nadir hallarda alınan, lakin çox bahalı məişət texnikalarından biridir. Ümumiyyətlə soyuducularda yaşaya biləcəyiniz nasazlıqlara anəzər salsaq, , bunun daha çox buz əmələ gəlməməsi, soyuma sistemində nasazlığın olması olduğunu görə bilərik. Buna baxmayaraq soyuducu, bəzən təmir zamanı dəyişdirilən hissələrə görə cibləri yandıran məişət əşyasıdır.
Yarana biləcək nasazlıqların qarşısını almaq üçün sizə 5 faydalı məlumatı təqdim edirik:
⦁ Temperaturu optimal saxlayın – istifadəçi təlimatına baxmayaraq, istifadəçilər temperatur diapazonunu lazımi səviyyədə saxlamırlar. Soyuducunun ideal temperaturu 3-5 dərəcə, dondurucu hissəsi isə 0 dərəcə olmalıdır.
⦁ Soyuducunu dolu saxlayın – bunun əksi kimi görünə bilər, lakin dolu soyuducunun boş soyuducudan daha az təmirə ehtiyacı olur. Soyuducunun qapısını açdığınız zaman içəri isti hava daxil olur, bu, soyuducunun soyutma sisteminə ziddir.
⦁ Soyuducunun qapısının düzgün bağlandığından əmin olun – soyuducunun qapısını düzgün bağlamaq çox vacibdir, soyuducu ustaları bunu həmişə tövsiyə edir. Bu, hava sızmasının qarşısını alır və enerjiyə qənaət edir. Evdə bunu sınamağınız üçün, qapağın arasına kağız pul qoyun. Pul asanlıqla çıxırsa, izolyasiya yaxşı deyil deməkdir.
⦁ Soyuducunun içini təmizləyin – Tökülən qidalar, ləkələr və ya buz kimi əşyalar soyuducunun saxlama yerini tutur. Mexaniki hissələrin zədələnməsini istəmirsinizsə, soyuducunuzu ildə ən azı bir dəfə dərindən təmizləməlisiniz. Kiçik bir qulluq sizə çox kömək edə bilər! Kiçik bir texniki xidmətlə həm təmir haqqına, həm də vaxta qənaət edə bilərsiniz.
⦁ Sarğacları təmizləyin – soyuducu sarğaclar soyuducularınızın ən əlçatmaz və unudulmuş hissəsidir. Soyuducunun arxasında yerləşir. Divara söykəndiyi üçün üstü kir qatı ilə örtülür. Onlar temperaturu düzgün paylaya bilmədikdə, soyuducunun işləməsi çətinləşir. Onu tez-tez təmizləməyə ehtiyac yoxdur. Sadəcə hər 6 aydan bir çıxarıb, silməyiniz kifayətdir.Təmizləyən zaman isə, soyuducunun elektrik enerjisindən ayrıldığından əmin olun.
Yuxarıda sadalananlara baxmayaraq, soyuducunuzda ciddi bir problem yaranıbsa, düşünmədən təmir-servis.az -ın peşəkar soyuducu ustalarına müraciət edə bilərsiniz. Soyuducunuzun uzun müddət sizə xidmət etməsini istəyirsinizsə onun təmirini və ya ehtiyyat hissələrinin dəyişdirilməsini peşəkar ustalara həvalə etməniz vacib şərtlərdən biridir. Soyuducu ustası sizə hər zaman zəmanət və yüksək keyfiyyətlə xidmət göstərəcək.
Bakıda ən sərfəli və zəmanətli Soyuducu Temiri xidməti yalnız bizdədir!
Sizin də peşəkar ustalar tərəfindən Soyuducu Temiri xidmətinə ehtiyacınız varsa, +994503319081 nömrəsi ilə əlaqə saxlayın.
Teqlər: